Peskov: Putinin Ankaraya səfəri nəzərdə tutulmayıb

Peskov: Putinin Ankaraya səfəri nəzərdə tutulmayıb

27 Mart 2023 18:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri ilə bağlı Türkiyə KİV-lərinin məlumatlarını təkzib edib.

Oxuməni.az xəbər verir ki, Dmitri Peskov bu barədə Rusiya mətbuatına açıqlamasında deyib.

O jurnalistlərdən birinin belə bir səfərə hazırlığın həqiqətən olub - olmadığı sualına "Xeyr" cavabını verib

Bundan əvvəl Türkiyə Prezident Administrasiyası da Rusiya liderinin qarşıdakı səfəri barədə məlumatın olmadığını bildirmişdi.

Martın 27 - də səhər saatlarında Türkiyə KİV-lərində Putinin Ankaraya mümkün səfəri barədə məlumatlar yayılıb. Bildirilib ki, hakimiyyət onun səfərinə hazırlaşır və bu, gizli saxlanılır. Eyni zamanda qeyd edilib ki, iki ölkə liderinin geniş spektrli məsələləri müzakirə edəcəyi və Türkiyənin cənub-şərqindəki zəlzələ zonasına səfər edəcəyi gözlənilir.

Əziz Mustafa, Oxuməni.az