İlovay qətliamının təşkilatçılarından biri intihar edib

İlovay qətliamının təşkilatçılarından biri intihar edib

27 Mart 2023 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

2014-cü ildə Ukrayna hərbçiləri üçün İlovay qətliamını təşkil edən Rusiya ordusunun polkovnik-leytenantı Dmitri Lisitski Ukraynadakı döyüş bölgəsində öldürülməyib. O, intihar edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilir ki, Lisitski bazar günü səhər ov tüfəngindən istifadə edərək özünü öldürüb.

İş yoldaşları Lisitskininnin son zamanlarda depressiyaya düşdüyünü və şəxsi heyətə qarşı qanunsuz hərəkətləri ilə bağlı ondan şikayətlərə görə intihar edəcəyini dediyini bildiriblər.

Daha əvvəl Ukrayna əsgərlərinin Rusiya ordusunun top-zabiti Dmitri Lisitskini ləğv etdiyi bildirilmişdi.

Lisitski, Rusiyanın başlatdığı demək olar ki, bütün hərbi əməliyyatlarda, o cümlədən Abxaziya (1993 və 2008-ci illərdə), Dağıstan (1999-cu ildə), Çeçenistan (1999-2000, 2001-2004-cü illərdə) döyüşlərdə iştirak edib. BMT-nin sülhməramlı missiyasının tərkibində Bosniya və Herseqovinada (2000-2001-ci illərdə) olub. 2014-cü ildə Lisitski Soçi Olimpiya Oyunlarının "təhlükəsizliyini təmin etdi". Ukrayna mediası Lisitskinin 247-cü alayının 2014-cü ildə ilovayskda Ukrayna ordusu bölmələrinə hücuma rəhbərlik etdiyini yazıb. Ali Radanın məlumatına görə, o zaman İlovayskda min nəfrədən artıq ukraynalı əsgər öldürülüb. "DPR" tərəfində döyüşən Rusiya Federasiyası isə 360 nəfər itki verib.

Əziz Mustafa, Oxuməni.az