Ermənistanın sabiq müdafiə naziri qiyabi həbs edilib

Ermənistanın sabiq müdafiə naziri qiyabi həbs edilib

27 Mart 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Yerevandakı Apellyasiya cinayət məhkəməsi, ABŞ-da yaşayan və axtarılan keçmiş müdafiə naziri Vigen Sarkisyanın qiyabi həbsi ilə bağlı aşağı instansiya qərarını qüvvədə saxladı.

Oxuməni.az xəbər verir ki, bu barədə respublikanın məhkəmə qurumlarının Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, məhkəmə keçmiş nazirin müdafiəsi ilə bağlı əvvəllər təqdim edilmiş şikayəti rədd edib.

Ermənistan Baş Prokurorluğu bundan əvvəl bildirmişdi ki, Ermənistanın keçmiş müdafiə nazirinə ittiham irəli sürülüb, məhkəməyə həbs haqqında vəsatət verilib.

İstintaqın versiyasına görə, Sarkisyan 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb, hərbi qulluqçular üçün mənzillərin paylanmasında sui-istifadə edib.

Müdafiə Nazirliyinin sabiq rəhbəri Prokurorluğun hərəkətlərini siyasi təqib adlandırıb.

Əziz Mustafa, Oxuməni.az