"Biz unikal vəziyyətdəyik, son 150 ildə ilk dəfədir ki, təklikdəyik..."

"Biz unikal vəziyyətdəyik, son 150 ildə ilk dəfədir ki, təklikdəyik..."

26 Mart 2023 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Biz unikal vəziyyətdəyik, son 150 ildə ilk dəfədir ki, təklikdəyik..."

"Ukraynaya silah tədarükünün hər günü bizi nüvə apokalipsisinə yaxınlaşdırır..."

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini yenidən dünyanı nüvə apokalipsisi ilə təhdid edib

Ukraynaya qarşı aqressiv müharibəsindən bir il sonra Rusiya tamamilə təcrid edilib və müttəfiqsiz qalıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Medvedev bəyan edib, məlumatı "news.obozrevatel.com" nəşri məlumat yayıb.

O, həmçinin Rusiya ilə Ukrayna arasında sərhədləri "uydurulmuş" adlandırıb və qeyd edib ki, "geosiyasi səbəblərdən" Ukrayna ayrıca dövlət olub. Onun sözlərinə görə, Rusiya həddən artıq çox zaman kəsiyində bununla barışmalı olub.

"Bu ərazilər əzəli rus əhalisi ilə məskunlaşıb və həmişə Rusiyanın tərkibində olub, həm də Kiçik Rusiyanın deyil, Böyük Rusiyanın tərkibində olub", - Medvedev qeyd edib və yenidən Qərb ölkələrini nüvə silahı ilə təhdid edib.

"Nüvə münaqişəsi təhlükəsi sovuşubmu? Xeyr, bu təhlükə artıb. Ukraynaya xarici silah tədarükübüh hər günü bizi həmin nüvə apokalipsisinə yaxınlaşdırır. Apokalipsis atlıları yoldadır, hərəkətini davam etdirir", - Medvedev deyib.

Bu zaman o, qeyd edib ki, rusiyalılar onları "təqdim etməyə cəhd göstərildiyi kimi" o qədər də davakar deyillər, sadəcə, indi Rusiya böyük sayda ölkələrə qarşı müdafiə olunmağa məcburdur".

"Biz unikal vəziyyətdəyik. Mən heç bilmirəm bunu nə ilə müqayisə edəm. Bəlkə də 1920-1930-cu illərin Sovet İttifaqına oxşayır. Çünki sonradan Varşava Müqaviləsi meydana çıxıb. Çar rejimi, imperiya mövcud olanda, müttəfiqlərimiz olub, Almaniya, Fransa, vacib deyil, gah Antanta olub, gah olmayıb, amma biz tək olmamışıq. Amma indi, hər halda son 150 ildə ilk dəfədir ki, biz təklikdəyik", - Medvedev jurnalistlərlə söhbətində deyib.Moderator.az