Stoltenberq F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə icazə verdi

Stoltenberq F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə icazə verdi

23 Mart 2023 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevin qərb tərəfdaşları Ukraynaya F-16 qırıcılarının tədarükünə başlaya bilərlər. Bu cür yardımdan qəti imtina yoxdur.

Bunu “The Guardian“ qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Qərb ölkələri artıq Ukrayna tərəfinə əraziləri işğaldan azad etmək üçün kifayət qədər texnika, o cümlədən tanklar, döyüş maşınları və raketlər verib.

O əlavə edib ki, indi Ukraynanın əsas məqsədi hücuma keçmək və işğal olunmuş əraziləri azad etməkdir.Stoltenberq ABŞ Prezidenti Co Baydenin belə tədarükdən imtina etməsinə baxmayaraq, Amerika F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyini istisna etməyib və əlavə edib ki, “F-16 ilə bağlı hələlik heç bir qərar verilməyib”.

“Biz səlahiyyətlərin gücləndirilməsi ehtiyacını həll etməyə davam etməliyik”, - deyə o bildirib.teleqraf.com