Rusiyadan Türkiyəyə qarşı ağlasığmaz iddia – “Stalin də bunu istəmişdi”

Rusiyadan Türkiyəyə qarşı ağlasığmaz iddia – “Stalin də bunu istəmişdi”

20 Mart 2023 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

“Kiçik Baxmut şəhərini aylardır işğal edə bilməyən ölkədə “İstanbul həsrəti”ylə yaşayanlar ya olan-qalan ağıllarını itiriblər, ya da cəhənnəmə gedərkən hamını hədəf almaq həvəsinə girişiblər”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

Ekspert Rusiya telekanallarının qardaş ölkəyə qarşı təxribatlarına diqqət çəkib:

"Rusiyanın dövlət televiziya kanallarında yenə də “İstanbulu işğal etmək lazımdır”, “Türkiyəni raket atəşinə tutmaq lazımdır” və bu kimi fikirlər səsləndirilir. Bu fikri ya hansısa rus şovinist, reallıq hissini itirən aparıcı, ya da Rusiya kanallarına yol tapmış erməni əsilli siyasi ekspertlər dilə gətirirlər. Onların hamısından da güclü diktator Stalin İkinci Dünya Müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiasını həyata keçirmək istəyirdi. Alınmadı.

SSRİ qarşısında Amerikanı gördü. Kiçik Baxmut şəhərini aylardır işğal edə bilməyən ölkədə “İstanbul həsrəti”ylə yaşayanlar ya olan-qalan ağıllarını itiriblər, ya da cəhənnəmə gedərkən hamını hədəf almaq həvəsinə girişiblər”.