Lavrov və Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə edəcəklər

Lavrov və Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə edəcəklər

17 Mart 2023 20:37
Bəyəndim (0) Bəyənmədim (0)

Lavrov və Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə edəcəklər.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan xarici işlər nazirlərinin rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan martın 20-də Moskvada Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə etməyi planlaşdırırlar.

"Biz bilirik ki, Aİ-nin missiyası ilə bağlı Rusiyanın həssas yanaşması var, bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Bilirsiniz ki, xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır və bu məsələ mütləq müzakirə olunacaq", - deyə o bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.

Əziz Mustafa, Oxuməni.az