"Uşaqların deportasiyası, zorlamalar, "Putinə zəng"...

"Uşaqların deportasiyası, zorlamalar, "Putinə zəng"...

18 Mart 2023 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Qurbanlara hərbi-səhra telefonunun köməyilə elekroşokla işgəncə verilib, onun naqilləri ayaqlara, əllərə və cinsiyyət orqanlarına birləşdirilib..."

"Ukraynanın energetika infastrukturuna hücumları insanlığa qarşı cinayət hesab edilib..."

Rusiya hakimiyyəti Ukraynada insan haqları və beynəlxalq humanitar hüququn geniş miqyasda pozulmasına yol verib, onların bir çoxunu hərbi cinayətlər təşkil edir.

Bu barədə BMT-nin beynəlxalq komissiyasının hesabatında deyilir. Məlumatı "Azadlıq Radiosu" yayıb.

Məruzə Rusiyanın Mariupolda Dram Teatrına endirdiyi zərbənin ildönümünə həsr edilib.

Komissiya aşağıdakıları hərbi cinayətlərə aid edib:

1. Partlayıcı təsirə malik silahın əhalinin sıx məskunlaşdığı rayonlarda tətbiqi

Bu, mükli əhaliyə vurulan zərər və onun əzablarına etinasız münasibətdən xəbər verir.

2. Ukraynadan Rusiyaya uşaqların qanunsuz yerdəyişməsi

Məruzədə qeyd edilir ki, deportasiya edilən kiçik yaşlı uşaqların çoxu öz ailələri ilə təmas yarada bilməyib və sonradan onlarla müəyyən müddətə əlaqəni itirə bilər.

3. Seksual zorakılıq

Qeyd edilir ki, seksual zorakılığa məruz qalanlar bütün yaş qruplarına qarşı baş verib. Ailə üzvləri, o cümlədən uşaqlar bu cinayətlərin şahidləri olmağa məcbur edilib.

4. İşgəncələr və döyülmələr

Məruzədə o cümlədən işğal edilmiş ərazilərdə, ukranalıların saxlanıldığı yerlərdə tətbiq edilən təhqirlər təsvir edilib. İşgəncələrin biri "Putinə zəng et" və ya "Leninə zəng et" adlanıb.

Qurbanlara "Tapik" hərbi-səhra telefon aparatının köməyilə elektroşokla işgəncə verilib, onun naqilləri ayaqlara, barmaqlara və ya cinsiyyət orqanlarına birləşdirilib.

Həbs edilənlər həmçinin tavan altında əlləri bağlı şəkildə asılıb (bu, "tutuquşu pozası" adlanıb), başlarına plastik torbalar və əleyhqaz geyindirilib, lüt soyunmağa məcbur edilib.

İnsanlığa qarşı cinayətlər

Bu barədə ayrıca deyilir. Bu cinayətlərə Komissiya Rusiya Silahlı Qüvvələrinin Ukraynanın energetika infrastrukturuna hücumları hesab edib, nəticədə milyonlarla insanın, o cümlədən qış şəraitində elektriksiz və ya istiliksiz qalmasına gətirib çıxarıb.

Məruzə müəllifləri qeyd edir ki, rusiyalı hərbçilər "seçimsiz və ölçüsüz" olan hücumlar həyata keçirib. BMT Komissiyasının rəhbəri Erik Mese məruzəni şərh edərkən qeyd edib ki, bu cinayətlərin Ukraynanın mükli əhalisi üçün nəticələri çox böyükdür, həlak olan insanların sayı minlərlə ölçülür, infrastrukturun dağıntıları dəhşətlidir.

Lakin, onun sözlərinə görə, komissiya Rusiya ordusunun ölkədə soyqırım törətdiyinin sübutlarını aşkar etməyib.

Komissiya bütün pozuntuların araşdırılması və günahkarların həm milli, həm də beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsini tövsiyə edib. O, həm cinayət məsuliyyəti, həm də həqiqətin müəyyən edilməsi və zərərin ödənilməsini özündə ehtiva edən məsuliyyətə hərtərəfli yanaşmağa çağırış edib.

Komissiya məruzənin hazırlanması üçün 56 yaşayış məntəsini ziyarət edib, 348 qadın və 247 kişi ilə sorğu keçirib. Komissiyanın müstəntiqləri dağıntı, məzarlıq, həbsdə saxlanma və işgəncələr verildiyi yerləri, habelə silah qalıqlarını təftiş edib, çoxlu sayda sənədlər və məruzələrlə tanış olub.Moderator.az