Priqojin Putin və Patruşevin "Vaqner"ə qarşı "sui-qəsd" hazırladığını iddia edir

Priqojin Putin və Patruşevin "Vaqner"ə qarşı "sui-qəsd" hazırladığını iddia edir

17 Mart 2023 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

"PMK Vaqner" in qurucusu Yevgeni Priqojin Rusiyada daxili siyasi səviyyədə öz əhəmiyyətini vurğulamaq üçün özünə qarşı "Kreml sui-qəsdi" iddiasını gündəmə gətirib.

Oxuməni.az xəbər verir ki, belə bir nəticəyə Müharibə Araşdırmaları İnstitutunun (ISV) analitikləri gəldilər.

Priqojin, Rusiya prezidenti Vladimir Putinin və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Vaqner qrupunu gözdən salmaq və "zərərsizləşdirmək"üçün hazırlanan sui-qəsd barədə mətbuatdan bir sorğu aldığını söylədi.

Priqojinin mətbuat xidməti, Rusiya nəşrindən "Vaqnerin PMC"nin gələcəyi ilə bağlı Putin və Patruşev arasında guya müzakirə edildiyini bildiyini soruşan bir şərh sorğusu yayımladı.

Mətbuat şərhində bu müzakirələr haqqında məlumatların bu yaxınlarda Rusiya və Ukraynanın Telegram kanallarında yayıldığı iddia edilir və Patruşevin Putinə Vaqnerdən "ayyarım-iki aya qədər heç bir şey qalmayacağını" söylədiyi iddia edilir.

ISV belə hesab edir ki, Yevgeni Priqojin uydurma ssenari əsasında Patruşevi "PMK Vaqner"in uğursuzluğunda və ona qarşı mümkün repressiyalarda günahlandırmaq üçün məlumat şəraiti yaradır.

Əziz Mustafa, Oxuməni.az