Çexiya prezidenti rekord məbləğdə cərimələnib

Çexiya prezidenti rekord məbləğdə cərimələnib

17 Mart 2023 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Çex Respublikasının Siyasi Partiya və Hərəkatların İqtisadi Fəaliyyətlərinə Nəzarət İdarəsi prezident Petr Paveli 60 min kron, yəni təxminən 2650 dollar məbləğində cərimələyib.

Oxuməni.az xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

Cərimələrə səbəb seçkiqabağı kampaniyanın hesabatında pozuntular olub. Bu cərimənin və idarənin tarixində fiziki şəxsə tətbiq edilən ən böyük cərimə olduğu vurğulanır.

Departamentin məlumatına görə, Pavelin seçki kampaniyasının sponsorları haqqında bəyannamə standartlara uyğun gəlmir və böyük səhvlərə yol verilir. Qeyd olunur ki, prezident artıq cərimənin tam məbləğini ödəyib.

Bundan əvvəl Petr Pavel Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

E.Axund, Oxuməni.az