Tailand  Rusiya tərəfindən axtarışda olan rusları  Rusiya Federasiyasına təhvil verəcək

Tailand  Rusiya tərəfindən axtarışda olan rusları  Rusiya Federasiyasına təhvil verəcək

17 Mart 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Tailand hökuməti bu ölkə ilə Rusiya arasında ekstradisiya haqqında saziş layihəsini təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə "The Nation Thailand" onlayn nəşri xəbər verir. O qeyd edir ki, bu addım martın 14-də Ukraynadakı müharibənin nəticələrindən qaçmaq üçün rusların Tailanda kütləvi axını xəbərləri fonunda atılıb. Tailand hökumətinin sözçüsü Raçada Dxnadirekin sözlərinə görə, Rusiya ilə müqavilə cinayətlə mübarizədə əməkdaşlığa kömək edəcək və Banqkokun digər ölkələrlə bağladığı ekstradisiya müqavilələrinə uyğundur. Dxnadirek əlavə edib ki, sənəd Tailandın ərazisinə, iqtisadiyyatına, cəmiyyətinə, ticarətinə və investisiyalarına təsir etmədiyi üçün parlamentin təsdiqini tələb etmir.

Fevralın sonunda Əl-Cəzirə telekanalı 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər Phuketə 233 mindən çox rusiyalının gəldiyini bildirib. Hesabatda Rusiyanın qonşu dövlətə hücumunun başlamasından bir il ərzində on minlərlə rusun orduya çağırılmamaq və Ukraynadakı müharibənin nəticələrindən yayınmaq üçün krallığa getdiyi göstərilirdi.

Fevralın 10-da Rusiya prezidenti Vladimir Putin Rusiya hökumətinin Tailand ilə axtarışda olan və cinayət məsuliyyətinə cəlb olunan şəxslərin qarşılıqlı ekstradisiyası haqqında saziş imzalamaq təklifini təsdiqləyib.

Fuad. Oxuməni.az