Polşa Kremlə işləyən Rusiya casus şəbəkəsini ləğv etdi

Polşa Kremlə işləyən Rusiya casus şəbəkəsini ləğv etdi

16 Mart 2023 20:38
Bəyəndim (0) Bəyənmədim (0)

Polşada Rusiya Federasiyasının maraqlarına uyğun fəaliyyət göstərən casus şəbəkəsi ləğv edilib.

Oxuməni.az xəbər verir ki. bu barədə mətbuata rəsmi açıqlamasında Milli Müdafiə naziri və baş nazirin müavini Mariuş Blaşak deyib. O. "Polşa Radiosu"na müsahibəsində casusların Təhlükəsizlik Agentliyinin zabitləri tərəfindən aşkar edildiyini və casusların Polşanın kritik infrastrukturuna təhlükə yaratdıqlarını söyləyib: "Əlbəttə ki, bu bir casus qrupu idi, Ukraynaya hücum edənlərin, müharibə cinayətləri edənlərin lehinə məlumat topladılar, təhlükə real idi".

Nazir Rusiya Federasiyasının agentlərinin Polşaya zərər vermək üçün qəsdən hərəkət etdiyinə əmindir.

Müdafiə naziri əlavə edib ki, Rusiyanın bu cür hərəkətlərinin məqsədi həmişə Varşavanı təhdid edən imperiyasını canlandırmaqdır:

"Şübhə yoxdur ki, biz Rusiyanın öz imperiyasını yenidən yaratmağa qərar verdiyi bir dövrdə yaşayırıq. Ağ, qırmızı və ya indi Putin olmasından asılı olmayaraq həmişə Polşa üçün bir təhlükə olmuşdur".

Rusiya Federasiyasının Avropadakı casusları: nə məlumdur

İtaliya Hərbi Dəniz Qüvvələrinin zabiti Rusiyanın xeyrinə casusluğa görə məhkum edilib. Mükafat müqabilində Rusiya Federasiyasına gizli məlumat ötürdü.

Almaniyada Ukrayna HHM-nin yerləşdiyi yerləri öyrənməyə çalışan iki rus casusu həbs edilib.

Əziz Mustafa, Oxuməni.az