Türkiyə bir daha qəti şəkildə öz mövqeyini ortaya qoydu: Krımın ilhaqını tanımırıq

Türkiyə bir daha qəti şəkildə öz mövqeyini ortaya qoydu: Krımın ilhaqını tanımırıq

16 Mart 2023 19:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə XİN Türkiyənin Ankaranın Krımın Rusiya tərəfindən ilhaqını tanımaması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, Krımın ilhaqının ildönümü münasibətilə Türkiyə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi.

"Ukraynanın tərkibinə daxil olan Krım Muxtar Respublikası doqquz il əvvəl beynəlxalq hüquqa zidd olaraq keçirilən qanunsuz referendum nəticəsində Rusiya Federasiyasına ilhaq edildi. Yarımadanın yerli əhalisi olan Krım tatarlarının vəziyyəti Türkiyə üçün prioritet olaraq qalır. Ankara Krım tatarlarından olan həmvətənlərinin tarixi vətənlərində tarixi kimliyinin qorunub saxlanılmasının tərəfdarıdır. Türkiyə Krım tatarlarının təhlükəsizliyini və sakit yaşayışını təmin etmək səylərini davam etdirəcək", -bəyanatda deyilir.

Bəyanatda Rusiyanın 16 mart 2014-cü il tarixində Ukraynanın tərkibində Krım Muxtar Respublikası ərazisində keçirdiyi referendumun qanunsuzluğu faktı vurğulanır.

Əziz Mustafa, Oxuməni.az