Ukraynada Çin istehsalı olan pilotsuz təyyarə məhv edilib

Ukraynada Çin istehsalı olan pilotsuz təyyarə məhv edilib

16 Mart 2023 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın şərqində modernləşdirilmiş Çin dronu məhv edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə CNN Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.

Ukrayna ordusu döyüşçüləri jurnalistlərə dronun AK-47 avtomatından vurulduğunu söyləyərək onları düşmən İHA-nın düşdüyü yeri göstəriblər.

Məlum olub ki, ruslar döyüş bölgəsində Çinin şərqində Syamendə istehsal olunan Mugen-5 dronundan istifadə ediblər. Şəbəkədə bu dronlara "Alibaba dronları" da deyilir, çünki onlar Alibaba və Taobao saytlarında 15 min dollara satılır. Mugen Limited CNN-ə bunun onların pilotsuz təyyarəsi olduğunu təsdiqlədi və hadisəni "son dərəcə acınacaqlı"adlandırdı.

Materialda qeyd olunur ki, bu, Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri mülki pilotsuz təyyarənin modernləşdirilməsi və silahlanmasının son nümunəsidir ki, bu da sürətlə dəyişən müharibə sxemlərini göstərir.

Əziz Mustafa, Oxuməni.az