Rusiya ilə müharibədə 100 min Ukrayna hərbçisi həlak olub

Rusiya ilə müharibədə 100 min Ukrayna hərbçisi həlak olub

16 Mart 2023 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə müharibənin bir ilində yüz mindən çox Ukrayna əsgəri həlak olub.

Oxuməni.az xəbər verir ki, bunu Politico qəzeti ABŞ rəsmilərinin məlumatlarına istinadən yazır.

"ABŞ rəsmilərinin hesablamalarına görə, bir il davam edən müharibədə ən təcrübəli hərbçilər də daxil olmaqla 100.000 - dən çox Ukrayna əsgəri həyatını itirib",- deyə nəşr bildirib.

Buna görə də, Ukrayna Ordusunun gözlənilən əks hücumu yaxınlaşdıqca, ABŞ Ukraynadakı döyüş sursatlarının və təcrübəli əsgərlərin azalmasından getdikcə daha çox narahatdır.

"Bağlı qapılar arxasında ABŞ rəsmiləri Kiyevin artilleriya mərmilərinə qənaət etməsini və daha çox hədəfə atəş etməsini israr edirlər. Bu, hər iki tərəfin böyük hərbi sursat sərf etdiyi Baxmutda xüsusi narahatlıq doğurur", - qəzet qeyd edir.

Əziz Mustafa, Oxuməni.az