Rusiyanın Ukraynadakı hücumları yavaşıyıb

Rusiyanın Ukraynadakı hücumları yavaşıyıb

16 Mart 2023 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynadakı hücum tempi əvvəlki həftələrlə müqayisədə yavaşıyıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Amerika müharibə Araşdırmaları İnstitutunun (ISV) cəbhədəki vəziyyətlə bağlı növbəti xülasəsində deyilir.

ABŞ analitikləri Ukrayna ordusunun rəsmi nümayəndəsi polkovnik Aleksey Dmitraşkovskinin məlumatlarına istinad edərək bildirirlər ki, indi Rusiya ordusu hər gün 20-dən 29-a qədər quru hücumu həyata keçirir, əvvəllər onların sayı 90-dan 100-ə qədər idi.

Dmitraşkovskinin fikrincə, Rusiya hücumunun yavaşlaması Rusiya qüvvələrinin canlı qüvvə və hərbi texnika baxımından böyük itkilər verməsi ilə əlaqədardır.

"Son bir həftə ərzində Rusiya qüvvələri Luqansk vilayətində bütün cəbhə boyu yalnız minimal taktiki uğurlar əldə etdi və Ukrayna qüvvələri, ehtimal ki, əks hücum edə və ərazini geri ala bildilər",-deyə o vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az