Dövlət Dumasının sədri Vyaçeslav Volodin Alen Simonyanın hədiyyəsini qəbul etməyib

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Alen Simonyanın hədiyyəsini qəbul etməyib

16 Mart 2023 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə bahalı bir hədiyyə göndərib. Lakin Volodin onun hədiyyəsini qəbul etməyərək geri qaytarıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan mediasının yaydığı məlumatda deyilir.

Məlumatda xüsusi olaraq vurğulanır ki, Ermənistanın hakim "Mülki müqavilə" Partiyasının bütün üzvləri arasında Rusiya tərəfi Simonyanı digərlərindən daha çox bəyənmir.

Simonyan hətta dar dairədə deyir ki, hakimiyyət dəyişdikdən sonra Ermənistanda deyil, ABŞ-da yaşamaq niyyətindədir. Görünür, son vaxtlar Simonyanın ruslara qarşı çıxması ona baha başa gəlib. Çünki müharibədən sonra 2020 - ci ilin noyabrında Simonyan məhz Rusiyaya gedərək orada yaşamağa başlamışdı.

Əziz Mustafa, Oxuməni.az