ABŞ və Aİ Afrikadan Rusiya ilə əlaqəni kəsməyi tələb edir

ABŞ və Aİ Afrikadan Rusiya ilə əlaqəni kəsməyi tələb edir

16 Mart 2023 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, Kanada və Avropa İttifaqı "Rusiya-Afrika" ikinci sammiti ərəfəsində qitə ölkələrinin Moskva ilə əməkdaşlığının qarşısını almağa çalışır.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür nümunələr çoxdur: "Əvvəla, demək olar ki, hər gün həm Vaşinqtondan, həm də digər Anglo-Sakson ölkələrindən, Kanadadan, Böyük Britaniyadan, eləcə də Avropa Birliyindən Afrika ölkələrinə səfərlər edənlər dövlət liderlərini və Afrika hakimiyyət orqanlarını, parlamentləri, nümayəndə heyətlərinə təzyiqlər edərək onları Rusiya ilə əməkdaşlığı dayandırmağa çağırırlar".

Diplomat ABŞ Maliyyə Nazirliyinin rəhbəri Janet Yellenin Afrika turunda iştirak etdiyi bütün ölkələrdə anti-Rusiya sanksiyalarını müzakirə etdiyini və məhdudiyyətlərin pozulmasına görə onların cəzalandırla biləcəyini sərt şəkildə bildirib.

"Bu, şantajın, açıq diktatın və müasir dünyada heç bir şəkildə qəbul edilə bilməyən təhdidlərin başqa bir nümunəsidir",-deyə Ozerov vurğulayıb.

Xatırladaq ki, "Rusiya-Afrika" sammiti 2019-cu ilin oktyabrında Soçidə keçirilib. İkinci sammitin 2023-cü ilin iyul ayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılır.

Əziz Mustafa, Oxuməni.az