Suriya Rusiyanın Ukraynanın ilhaq edilmiş bölgələri ilə sərhədlərini tanıdı

Suriya Rusiyanın Ukraynanın ilhaq edilmiş bölgələri ilə sərhədlərini tanıdı

16 Mart 2023 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya, Ukraynanın ilhaq edilmiş bölgələrini əhatə edən Rusiyanın yeni sərhədlərini tanıyır.

Oxuməni.az xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsəd Rusiya mətbuatına açıqlamasında bildirib.

"Əlbəttə. Deyirəm ki, bunlar Rusiya əraziləridir və müharibə baş verməsə də, tarixən Rusiya əraziləridir"- deyə Əsəd bəyan edib

Onun sözlərinə görə, Suriya hakimiyyətinin bu mövzuda mövqeyi birmənalı şəkildə aydındır və Dəməşq ilhaqı yalnız Rusiya ilə dostluq naminə deyil, həm də bu ərazilər Rusiya əraziləri olduğuna görə tanıyır.

"Onlar (ilhaq edilmiş ərazilər) Ukraynaya, bəlkə də təxminən 100 il əvvəl, düşünürəm ki, Leninin dövründə verildi. Onların daxilində Rusiya vətəndaşları yaşayır və əldə olan faktlar bunun Rusiya torpağı olduğunu göstərir. Biz buna qəti əminik və mövqeyimizi də açıq şəkildə bildirmişik",- deyə Əsəd qeyd edib.

Əziz Mustafa, Oxuməni.az