Podolyak: Rusiya yeni qırmızı xətlər çəkməyə çalışır

Podolyak: Rusiya yeni qırmızı xətlər çəkməyə çalışır

16 Mart 2023 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanı Qərbi və postsovetməkanı ölkələrini yeni çaxnaşmalar meydanına çevirmək cəhdlərində günahlandırıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Podolyak belə hesab edir ki, Rusiya Qərb ölkələri ilə münasibətlərdə yeni qırmızı xətlər tapmağa, həmçinin ultimatumlar verməyə çalışır.

"Avropanın hava məkanlarında "təsadüfi qanadlı raketlər", Qara dəniz üzərində MQ-9 Reaper - in məhv edilməsi," Şimal axınlarını" partlatmaq versiyaları ilə anonim kəşfiyyatçılar, Moldovada küçə etirazları;,Gürcüstan hökumətinin rusiyapərəst təşəbbüsləri - Rusiya Federasiyasının yeni qırmızı xətlər tapmaq və ultimatum vermək üçün ibtidai cəhdləridir" ,- deyə Podolyak Tvitterdə yazıb.

Əziz Mustafa, Oxuməni.az