BMT islamofobiyanın kökünü kəsməyə çağırır

BMT islamofobiyanın kökünü kəsməyə çağırır

15 Mart 2023 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

İslamofobiya ilə mübarizənin ilk beynəlxalq günü müsəlmanlara nifrətin aradan qaldırılması üçün hərəkətə çağırışdır.

Oxuməni.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Tvitter səhifəsində yazıb.

"Ayrı-seçkilik hamımız üçün alçaldıcıdır. Buna qarşı çıxmalıyıq",- deyə o bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyası ötən il martın 15-ni Beynəlxalq islamofobiya ilə mübarizə günü elan edib.

Beynəlxalq islamofobiya ilə mübarizə günü ilə bağlı bu gün Bakıda "islamofobiya irqçilik və ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar"mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq münasibətlərin təhlili mərkəzi və G20 Dinlərarası Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda 31 ölkədən olan alimlər, beynəlxalq ekspertlər, din xadimləri və QHT nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə müxtəlif yanaşmalar, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya KİV-lərində islamofobiyanı müzakirə edəcəklər.

Əziz Mustafa, Oxuməni.az