Yunanıstanda etirazlar : "Bu ölüm qatarı idi"

Yunanıstanda etirazlar : "Bu ölüm qatarı idi"

13 Mart 2023 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Minlərlə nümayişçi bazar günü Yunanıstanda yeni etiraz aksiyaları keçirib, çünki ölkə tarixindəki ən ölümcül qatar qəzasına görə qəzəb səngimək bilmir və hökumətə təzyiqi artırır.

Oxuməni.az xəbər verir ki, nümayişçilər faciəyə səbəb olan səhlənkarlığa görə hakimiyyəti günahlandırırlar.

Afinada etirazçılar parlament binası qarşısındakı "Sintaqma" meydanını doldurublar. “Unutmayacağıq, bağışlamayacağıq”, “bütün ölənlərin səsinə çevriləcəyik”, - plakat və bannerlərdə yazılıb.

Etirazçılardan biri deyir: "Bu, ölüm qatarı idi. Onlar bunu bilirdilər və heç nə etmədilər, heç bir tədbir görmədilər və 57 nəfəri ölümə göndərdilər".

Fevralın 28-də Yunanıstanın mərkəzində sərnişin və yük qatarının toqquşması nəticəsində əksəriyyəti tələbə olmaqla 57 nəfər həlak olub.

Dörd dəmir yolu məmuruna qarşı ittiham irəli sürülüb, lakin ictimaiyyətin qəzəbi şəbəkənin uzun müddət davam edən yanlış idarə olunmasına yönəlib. Ölkədə kütləvi etirazlar dayanmır, etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilir.

Rüfət, Oxuməni.az