
Simonyan KTMT-nin imkanlarına şübhə edir
Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin bir-iki gün ərzində Ermənistana missiya göndərə biləcəyinə əmin deyil.
Oxuməni.az xəbər verir ki, Simonyan erməni mətbuatına açıqlamasında KTMT-nin fəaliyyətinin qanedici olmadığını deyib.
"KTMT-də öz maraqlarını güdən bir çox fərqli ölkə olduğu üçün bu fürsətin olduğuna əmin deyiləm və heç birinin veto qoymayacağına əmin deyiləm. İndi nə dəyişdi? Bu məsələyə çox şübhə ilə yanaşıram",- deyə Simonyan bildirib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselevə verdiyi müsahibədə KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi təklifinin aktual olaraq qaldığını və Yerevanın sözün əsl mənasında bir-iki gün maraq göstərməsi şərti ilə yerləşdirilə biləcəyini söyləyib.
Əziz Mustafa, Oxuməni.az