Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan cinayətdə günahlandırılır

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan cinayətdə günahlandırılır

7 Fevral 2023 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamenti Baş prokurorun respublikanın keçmiş müdafiə naziri, müxalif "Ermənistan" fraksiyasının rəhbəri Seyran Ohanyanın cinayət təqibi ilə bağlı vəsatətlərinə baxmağa başlayıb.

Oxuməni.az xəbər verir ki, bununla bağlı növbəti dinləmələrdən birini parlament qapalı rejimdə müzakirə edəcək.

Birinci halda Ohanyan 2008-2009-cu illərdə Ararat vilayətində iki hərbi hissənin kadastr və bazar qiymətlərindən aşağı qiymətə satılmasında iştirak etməkdə ittiham olunur. O vaxt Ohanyan müdafiə naziri vəzifəsini həyata keçirirdi.

İşdə ehtiyatda olan general-mayoru Qriqori Xaçaturovun adı da hallanıdırılır. İstintaq iddia edir ki, satılan torpaqların alıcısı o olub.

Eyni zamanda, Baş prokuror Anna Vardapetyan qeyd edib ki, Ohanyan məhkəmə müddətinin bitməsinə görə günahkar olsa belə, cinayət cəzasından qaçacaq. Lakin prokurorluq cinayət işi ilə məhdudlaşmır, dövlət maraqlarının müdafiəsi ilə bağlı iddia da təqdim olunacaq.

"Məqsəd yalnız cəza deyil, həm də dövlət əmlakının qaytarılmasıdır",-deyə o vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az