İsrailli xilasedicilər Türkiyəyə gəlib

İsrailli xilasedicilər Türkiyəyə gəlib

7 Fevral 2023 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailli xilasedicilər çərşənbə axşamı güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Türkiyəyə gəliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə bir qrup xilasedicini müşayiət edən İsrail Xarici İşlər Nazirliyinin rəqəmsal diplomatiya departamentinin rəhbəri David Saranqa bildirib.

"İsrailin xilasetmə missiyası Türkiyədə zəlzələ zonasında Adana hava limanına enib. Vəziyyətin ilkin qiymətləndirilməsindən sonra xilasetmə qrupları xilasetmə işlərinə başlayacaqları fəlakət bölgəsinə gedəcəklər" deyə diplomat tvitində yazıb.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Türkiyəyə göndərilən qrupa arxa komandanlığın xilasetmə bölməsinin rəisi Golan Vahhin rəhbərlik etdiyi 150 mütəxəssisin daxil olduğunu bildirmişdi. Təbii fəlakətdən ən çox təsirlənən yerlərdə işləyəcəklər.

Əziz Mustafa, Oxuməni.az