Avropa Şurasının prezidenti Zelenskini Brüsseldəki sammitə dəvət edib

Avropa Şurasının prezidenti Zelenskini Brüsseldəki sammitə dəvət edib

7 Fevral 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurasının rəhbəri Şarl Mişel rəsmi olaraq Ukrayna Prezidenti Vladimir Zelenskini Avropa İttifaqı ölkələrinin liderlərinin sammitində şəxsən iştirak etməyə dəvət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə onun nümayəndəsi Barend Leats tvitter mikrobloqunda bildirib. Qeyd edək ki, Aİ liderlərinin sammiti fevralın 9-10-da Brüsseldə keçiriləcək. Təhlükəsizlik səbəbi ilə əlavə məlumat verilmir.

"Avropa Şurasının rəhbəri Prezident Vladimir Zelenskini Avropa Şurasının gələcək sammitində şəxsən iştirak etməyə dəvət edib. Təhlükəsizlik səbəbi ilə əlavə məlumat verilməyəcək",- deyə Leyts bildirib.

Xatırladaq ki, dünən KİV-lərdə yayılan məlumata görə, Avropa İttifaqında Ukrayna prezidentinin Aİ liderlərinin sammitində iştirak edəcəyi gözlənilir.

Jurnalistlərin sözlərinə görə, o, Avropa parlamentinin növbədənkənar sessiyasında çıxış edə bilər.

Əziz Mustafa, Oxuməni.az