Norveç hökuməti Ukraynaya 75 milyard kron ayırmaq niyyətindədir

Norveç hökuməti Ukraynaya 75 milyard kron ayırmaq niyyətindədir

7 Fevral 2023 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Norveç hökuməti çoxillik yardım paketi çərçivəsində Ukraynaya 75 milyard Norveç kronu (6,8 milyard avro) ayırmaq niyyətindədir.

Oxuməni.az xəbər verir ki, Baş nazir Yonas Qar Störe bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, vəsait hərbi və mülki yardım paketi üçün istifadə olunmalıdır. Proqram beş il üçün nəzərdə tutulub, lakin yardım paketi Oslo parlamenti tərəfindən təsdiqlənməlidir.

Ukrayna prezidenti Zelenski “görünməmiş yardım paketinə” görə “Norveç xalqına, Norveç hökumətinə və şəxsən baş nazir Yonas Qar Störe”yə təşəkkür edib. “Bu, işğalçı üzərində gələcək qələbəmizə və müharibədən sonrakı uğurlu yenidənqurmaya mühüm töhfədir”, - o, Twitter-də yazıb.

Rüfət, Oxuməni.az