İsrailin hücumu nəticəsində 7 fələstinli həlak olub

İsrailin hücumu nəticəsində 7 fələstinli həlak olub

7 Fevral 2023 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi gecə İsrailin İordan çayının qərb sahilindəki Aqabat-Cabir qaçqın düşərgəsinə basqını zamanı azı 7 fələstinli həlak olub. Düşərgə İerixon şəhərinin yaxınlığında yerləşir.

Oxuməni.az xəbər verir ki, Fələstin liderinin ofisi hadisəni cinayət adlandırıb və ABŞ-nı İsrailə təzyiq göstərməyə çağırıb.

"Tsaxal" - ın mətbuat xidməti qeyd edib ki, “əməliyyatın məqsədi Vered- Yerixo yəhudi qəsəbəsində restoranı atəşə tutan "HƏMAS" terrorçu dəstəsinin üzvlərini saxlamaq olub”.

Adının açıqlanmasını istəməyən İsrail təhlükəsizlik rəsmiləri bildiriblər ki, öldürülən beş nəfərdən ikisi restorana hücum cəhdində iştirak edən "Həmas" döyüşçüsü olub. Basqın zamanı daha üç yaraqlı əsgərlərlə atışıb.

İordan çayının qərb sahilində keçirilən gecə əməliyyatları zamanı İsrail hərbçiləri terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 19 fələstinlini də saxlayıb. Reydlər Nablus şəhərində, eləcə də bir sıra kənd, qəsəbə və fələstinli qaçqın düşərgələrində həyata keçirilib.

E.Axund. Oxuməni.az