Türkiyə və Suriyada zəlzələ zamanı ölənlərin sayı artmaqda davam edir

Türkiyə və Suriyada zəlzələ zamanı ölənlərin sayı artmaqda davam edir

6 Fevral 2023 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 912 nəfəri keçib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay isə bildirib ki, zəlzələ nəticəsində 2323 nəfər yaralanıb.

Oxuməni.az xəbər verir ki, bu bu barədə Reuters-in yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, daha minlərlə insan yaralanıb. Onlarla insan hələ də dağıntılar altındadır və ölənlərin sayının artacağı gözlənilir. Xilasetmə işləri davam edir.

Son məlumatlara görə, zəlzələ 1170 ildən çoxdur inşa edilmiş Gaziantep qalası da daxil olmaqla 2200 binanın tam və ya qismən dağılmasına gətirib çıxarıb.

Əziz Mustafa, Oxuməni.az