“Rusiyanın yeni hücumu vaxtından əvvəl bitəcək...”

“Rusiyanın yeni hücumu vaxtından əvvəl bitəcək...”

6 Fevral 2023 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

“Kreml görünür, yenə Ukryanda böyük hücum kontekstində öz ordusunun imkanlarını həddindən artıq yüksək qiymətləndirir”.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna savaşı ilə bağlı son hesabatında bildirib.

İnstitutun mütəxəssisləri hesab edirlər ki, rus ordusunun hazırkı durumu böyük və uğurlu hücum əməliyyatları keçirəcək səviyyədə deyil və Putin yenə öz ordusunun imkanlarını düz qiymətləndirmir: “ISW Rusiya qüvvələrinin Uykraynanın şərqində Ukrayna qüvvələrini mart ayına qədər məğlub edərək, Donetsk vilayətinin 11300 kvadrat kilometrlik ərazisini işğal edə biləcək səviyyədə öz hərbi gücünü bərpa etdiyinə dair heç bir sübuta rast gəlmir”.

İnstitut bildirir ki, xeyli vaxtdır müzakirə olunan və gözlənilən Rusiya hücumu vaxtından əvvəl – “apreldəki yağışlar mövsümu, ya da daha tez bitəcək”. Müətəxəssislər qeyd edirlər ki, nəticədə rus ordusu gözlədiyi ciddi operativ irəliləyişə nail ola bilməyəcək.

Əvəzində, institut hesab edir ki, rus ordusunun hücumu dəf ediləndən sonra Ukrayna tərəfinin əlverişli əks-hücum imkanları yaranacaq: “Rusiya qüvvələrinin (hücum nəticəsində) tükənməsi Ukrayna qüvvələrinin Qərbin tankları gəldikdən sonra yazın sonları, ya da 2023-cü ilin yayında əks-hücuma keçməsi üçün əlıverişli şərait yaradacaq”. AzPolitika.info