Kanadadan Ukrayna üçün göndərilən Leopard 2 tankı Polşaya çatıb

Kanadadan Ukrayna üçün göndərilən Leopard 2 tankı Polşaya çatıb

6 Fevral 2023 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində göndərdiyi ilk Leopard 2 tankı Polşaya gəldi.

Oxuməni.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand öz tvitterində yazıb.

"Kanadanın Ukraynaya pulsuz təhvil verdiyimiz ilk Leopard 2 əsas döyüş tankı Polşaya gəldi. Müttəfiqlərimizlə birlikdə tezliklə Ukrayna Silahlı Qüvvələrinə bu texnikadan istifadə etməyi öyrətməyə başlayacağıq",-deyə o bildirib.

Onun sözlərinə görə, Kanada Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcək.

Kanada tərəfindən Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ümumilikdə dörd belə tankın təhvil verilməsi planlaşdırılır.

Xarici işlər naziri Dmitri Kuleba, silah ötürülməsinin ilk dalğasında tərəfdaşlarından 120 ilə 140 ədəd müasir Qərb tank modelinin alınacağını söyləyib.

Əziz Mustafa, Oxuməni.az