Ərdoğan Qərbin anti-türk planlarını açıqladı

Ərdoğan Qərbin anti-türk planlarını açıqladı

6 Fevral 2023 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb ölkələri mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə təsir göstərməyə çalışır.

Oxuməni.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Aydın şəhərində gənclərlə söhbət zamanı bəyan edib.

"Avropadan Amerikaya qədər olan dünya gücləri 14 may seçkilərinə təsir göstərmək üçün fəal səy göstərirlər. Bu məqsədlə mənə qarşı çirkin kampaniya aparılır. Quranın yandırılması hadisələri də eynidir", - deyə Türkiyə lideri gəncləri düşmən təbliğatına uymamağa və sayıqlıq göstərməyə, ölkənin gələcəyi naminə haqqa-ədalətə səs verməyə çağırıb.

Əziz Mustafa, Oxuməni.az