Keçmiş hərbi lider və Pakistan prezidenti Pərviz Müşərrəf vəfat edib

Keçmiş hərbi lider və Pakistan prezidenti Pərviz Müşərrəf vəfat edib

6 Fevral 2023 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Pakistan prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında Dubayda vəfat edib.

Oxuməni.az xəbər verir ki, O, Pakistanda hakimiyyəti 1999-cu ildə o vaxtkı baş nazir Nəvaz Şərifin onu ordu rəisi vəzifəsindən uzaqlaşdırmağa cəhd etməsindən sonra hərbi çevrilişlə ələ keçirib.

7 ildən artıq hakimiyyətdə olduğu müddətdə Müşərrəf ən azı üç sui-qəsd cəhdindən xilas olub. O, impiçment təhlükəsi fonunda könüllü olaraq istefa verib və xaricə gedib. Yenidən prezident seçkilərində iştirak etməyə çalışan zaman o, həbs edilib.

Müşərrəf daha sonra qiyabi ölüm cəzasına məhkum edilib, lakin sonra məhkəmənin qərarı ləğv edilib. General Pakistandan ayrıldıqdan sonra Dubayda yaşayıb və orada müalicə alıb.

Rüfət, Oxuməni.az