Kiyevdə Avropa İttifaqı-Ukrayna sammiti keçirilir

Kiyevdə Avropa İttifaqı-Ukrayna sammiti keçirilir

3 Fevral 2023 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Kiyevdə Aİ-Ukrayna sammiti keçirilir.

Oxuməni.az xəbər verir ki, tədbirdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Aİ Şurasının rəhbəri Çarlz Mişel iştirak edir. Onlarla birlikdə Ukrayna paytaxtında daha 15 Avropa komissarı da gəlmişdir.

Ursula fon der Leyen tvitter hesabında "Rusiyanın işğalından sonra dördüncü dəfə Kiyevdə və bu dəfə komandamla birlikdə olmaq çox xoşdur. Aİ-nin qətiyyətlə Ukraynanın tərəfində olduğunu göstərmək üçün buradayıq. "

Sonuncu belə sammit 2021-ci ilin oktyabrında, Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir neçə ay əvvəl Kiyevdə baş tutub.

E.Axund, Oxuməni.az