ABŞ üzərində Çinin kəşfiyyat şarı aşkarlanıb

ABŞ üzərində Çinin kəşfiyyat şarı aşkarlanıb

3 Fevral 2023 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ üzərində Çinin kəşfiyyat şarı aşkarlanıb.

"ABŞ hökuməti hazırda ABŞ materikinin üzərində uçan yüksək hündürlükdə kəşfiyyat şarını tapıb və izləyir", - hərbi departament bildirib.

Oxuməni.az xəbər verir ki, Amerika mətbuatının yazdığına görə, Pentaqon şarın Çinə məxsus olmasına şübhə etmir. ABŞ səlahiyyətliləri obyektlə bağlı Çinə sorğu göndərib, onu böyük ölçüsünə görə onu vurmayıblar.

"Dəqiq ölçülər verməyəcəyəm. Təxmin edirik ki, biz onu vursaq, onun qalıqları kifayət qədər böyükdür" Pentaqon sözçüsü dedi. "Pilotların bu şarı gördükləri barədə məlumatlar var, baxmayaraq ki, şar kifayət qədər yüksəkdədir".

Bildirilir ki, hava şarı yüksək hündürlükdə yerləşdiyindən mülki aviasiya üçün təhlükə yaratmır.

Pentaqonun sözçüsü Patrik Rayder verdiyi açıqlamada, "Şar hazırda kommersiya uçuşlarından əhəmiyyətli dərəcədə yüksək hündürlükdə hərəkət edir və yerdəki insanlar üçün heç bir təhlükə yaratmır" dedi.

Onun sözlərinə görə, bu, son illərdə artıq bir neçə dəfə baş verib.

NBC telekanalının məlumatına görə, çərşənbə günü ABŞ hərbi komandanlığı mümkün cavab tədbirləri müzakirə etmək üçün bir araya gəlib. Şarın tapılması ilə bağlı ABŞ prezidenti Co Bayden məlumatlandırılıb.

NBC mənbələri qeyd edir ki, obyekt aşkar edildikdən sonra təyyarələr, o cümlədən beşinci nəsil F-22 Raptor qırıcıları, eləcə də radar aşkarlayan təyyarə havaya qalxıb.

Çin hələ də hadisə ilə bağlı şərh verməyib.

Şar ilk dəfə çərşənbə günü Montana ştatının Billinqs üzərində aşkar edilib. Bundan əvvəl, ehtimala görə, obyekt Kanada ərazisi üzərində uçub.

E.Axund, Oxuməni.az