Şolts: Putin çoxdan Ukrayna ərazilərinin zorla ələ keçirilməsini planlaşdırırdı

Şolts: Putin çoxdan Ukrayna ərazilərinin zorla ələ keçirilməsini planlaşdırırdı

3 Fevral 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ərazilərinin ələ keçirilməsi Vladimir Putin tərəfindən çoxdan düşünülmüşdür. NATO-nun şərqə doğru genişlənməsi üçün "təhdid" iddiası Kreml üçün yalnız bir bəhanə idi.

Oxuməni.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Marburq şəhərinin sakinləri ilə görüşdə bildirib.

Alman hökumətinin başçısının fikrincə, Kreml Kiyev və Brüssel arasındakı tərəfdaşlığı Rusiya ərazisinin güc yolu ilə genişləndirilməsi üçün çoxdan düşünülmüş bir plan və bəhanə" kimi istifadə etdi.

Şolts qeyd edib ki, NATO Müdafiə ittifaqıdır, ona görə də Ukrayna Alyansına potensial daxil olmaq Rusiyanı təhdid edə bilməzdi.

Əziz Mustafa, Oxuməni.az