ABŞ Məhkəməsi ilk dəfə Rusiya oliqarxının aktivlərini Ukraynanın xeyrinə müsadirə edib

ABŞ Məhkəməsi ilk dəfə Rusiya oliqarxının aktivlərini Ukraynanın xeyrinə müsadirə edib

3 Fevral 2023 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Məhkəməsi ilk dəfə Rusiya oliqarxının aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi barədə qərar qəbul edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Söhbət sanksiyalar altında olan rusiyalı oliqarx Konstantin Malofeyevə məxsus 5,4 milyon dollardan gedir. Fevralın 2-də ABŞ-ın Rayon Hakimi Pol Qardefe Manhetten federal məhkəməsində prokurorluğa bu aktivləri müsadirə etməyə icazə verdi.

Nəşr xatırladır ki, ötən il ABŞ ədliyyə Nazirliyi Putinin ətrafına məxsus aktivlərin müsadirə edilməsi ilə məşğul olan işçi qrupu yaradıb.

Həmçinin ötən ilin sonunda ABŞ prezidenti Co Bayden Rusiyadan müsadirə edilmiş aktivləri Ukraynaya yardım üçün göndərməyə imkan verən qanun imzalayıb.

Qeyd olunur ki, Konstantin Malofeev Ukraynadakı müharibənin birbaşa günahkarlarından biridir. 2014-cü ilin yazında Donbası işğal edən və tam hüquqlu hərbi əməliyyatlara başlayan Rus təxribatçısı İqor Girkin-Strelkovun qruplaşmasını maliyyələşdirən o idi.

Əziz Mustafa, Oxuməni.az