Depardye Rusiyadakı mənzilini sataraq Ukrayna ordusuna yardım fonduna köçürüb

Depardye Rusiyadakı mənzilini sataraq Ukrayna ordusuna yardım fonduna köçürüb

3 Fevral 2023 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

24 fevral 2022-ci ildən sonra məşhur fransız aktyor Jerar Depardye Rusiya prezidenti Vladimir Putini tənqid etdi və "dəmir pərdə" ilə bağlanan Rusiyada həyatını Avropada azadlığa dəyişdirmək qərarına gəldi.

Depardye Rusiyanın Ukrayna ərazisinə hücumunu pisləyərək bunu Putinin dəliliyi və yolverilməz həddi aşması kimi dəyərləndirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti yazıb.

"Rus olmaqdan utanıram. Bizim quldurlar, faşistlər və cinayətkarlarla əlaqələndirilməyimiz məni çox incidir... Mordoviyadakı mənzilinin satışından əldə olunan pulu Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Dəstək üçün Fransa səlahiyyətlilərinə müraciət edirəm və mənə müharibədən Qaçqın statusu verilməsini xahiş edirəm", -deyə Depardye bildirib.

Rusiyada Depardyeni uzun illər öz populyarlığından istifadə dən "xain"adlandırıblar.

Əziz Mustafa. Oxuməni.az