Polşa prezidenti Rusiyadan gələn təhlükəyə qarşı göyə qədər dəmir pərdə tikməyə hazırdır

Polşa prezidenti Rusiyadan gələn təhlükəyə qarşı göyə qədər dəmir pərdə tikməyə hazırdır

3 Fevral 2023 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa prezidenti Andrzej Duda, Şərqdə "qonşularını öldürmək istəyən"bir dövlət varsa,ölkəsini dəmir pərdən ilə qorumağa hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə PAP məlumat yayıb.

Dudanın sözlərinə görə, Polşa Avropada regional müharibəyə başlamamaq üçün əlindən gələni edəcək. "Biz bu anda səfərbər oluruq. Müdafiə xərclərimizin həddini artırırıq. Müdafiə xərclərimiz bu yaxınlarda ÜDM-in 2% səviyyəsini aşdı. 2023-cü ildə hərbi xərclərimiz UDM-in 4 faizi həcmində olacaq. Polşa Cəmiyyəti hərbi xərclərimizi artırmağımızın səbəblərini çox yaxşı başa düşür və bunu dəstəkləyir,- deyə Duda vurğulayıb.

"Şərq sərhədindəki qonşularını öldürmək istəyən, torpaqlarını almaq istəyən, azadlıqlarını əlindən almaq istəyən təcavüzkar bir dövlətlə üz-üzə qalmışıq. Əgər Şərqdən gələn təhlükə artsa biz Polşanı mühafizə etmək üçün dəmir pərdənin çəkilməsinə üstünlük verəcəyəm. Beləliklə, buludlara dəmir pərdə düzəltməyə hazıram ki, onlar bizdən uzaq olsunlar",- deyən Duda, polyakların bir daha "Rus dünyasını"görmək istəmədiklərini söylədi.

Əziz Mustafa, Oxuməni.az

.