Ukrayna kəşfiyyatı: Putin Donetsk və Luqansk bölgələrini tamamilə ələ keçirməyi əmr edib

Ukrayna kəşfiyyatı: Putin Donetsk və Luqansk bölgələrini tamamilə ələ keçirməyi əmr edib

3 Fevral 2023 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin qoşunlarına Ukraynanın Donetsk və Luqansk bölgələrini mart ayına qədər tamamilə ələ keçirməyi əmr edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Kyiv Post-a Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak bildirib.

Onun sözlərinə görə, artıq Rusiyanın Donbasa qarşı yeni hücuma hazırlaşdığına dair əlamətlər var.

"Biz görürük ki, ruslar əlavə zərbə qruplarını, bölmələri, silahları və hərbi texnikanı şərqə köçürür",- deyə Chernyak bildirib.

Çernyak deyir ki, ilkin planda nəzərdə tutulduğu kimi Kiyevi ələ keçirə bilməyən Kreml müharibənin məqsədini 2014-cü ildən bəri qismən nəzarət etdiyi Donetsk və Luqansk bölgələrini ələ keçirmək üçün azaltdı.

Əziz Mustafa, Oxuməni.az