
Türkiyə tanklar və döyüş təyyarələri istehsal edəcək
Türkiyə tanklar və döyüş təyyarələri istehsal edəcək.
Oxuməni.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən "Qış-2023" təlimlərində deyib. O bildirib ki,Türkiyə müdafiə sənayesini inkişaf etdirməyə davam edəcək.
Nazir deyib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi silahlar yerli istehsaldır: "Bizim öz PUA-larımız var. Ordumuzun ehtiyaclarını ödəmək üçün gecə-gündüz çalışdıq və işləyirik, həm tanklar, həm də təyyarələr istehsal edəcəyik. İstehsal etdiyimiz müdafiə sənayesi məhsulları dost və qardaş ölkələr üçün uyğundur və uyğun olacaq".
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər