Avropa Parlamenti Kiyevə təyyarə və raket tədarükünü nəzərdən keçirməyə çağırıb

Avropa Parlamenti Kiyevə təyyarə və raket tədarükünü nəzərdən keçirməyə çağırıb

2 Fevral 2023 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamenti Ukraynaya Qərb döyüş təyyarələri və uzun mənzilli raketlərin tədarükünün mümkünlüyünü araşdırmağa çağırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Avropa İttifaqı - Ukrayna sammitinə həsr olunmuş xüsusi sessiyasında qəbul edilmiş qətnamədə deyilir.

"Avropa Parlamenti bir sıra AB ölkələrinin, eləcə də ABŞ, Böyük Britaniya və Kanadanın Ukraynaya əsas döyüş tankları təqdim etmək qərarlarını alqışlayır, ekipajlarının hazırlığının dərhal başlamasını israr edir və həmçinin Qərb döyüş təyyarələri və uzun mənzilli raketlərin tədarükünü nəzərdən keçirməyə çağırır", - sənəddə deyilir.

Əziz Mustafa, Oxuməni.az