Avropa İttifaqı 30 min ukraynalı əsgərə təlim keçmək niyyətindədir

Avropa İttifaqı 30 min ukraynalı əsgərə təlim keçmək niyyətindədir

2 Fevral 2023 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı 30 min Ukrayna əsgərinə təlim keçmək niyyətindədir ki, bu da ilkin planlaşdırıldığından iki dəfə çoxdur.

Oxuməni.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, bu, fevralın 3-də Kiyevdə keçirilməsi planlaşdırılan Aİ-Ukrayna sammitində rəsmi olaraq elan ediləcək. Bundan əlavə, Avropa İttifaqı Ukraynaya minatəmizləmə üçün 25 milyon avro ayıracaq ki, bu da sammit zamanı rəsmi olaraq elan ediləcək.

2022-ci ilin noyabrında Aİ ölkələri, Avropada "Hərbi Yardım Missiyasının" (EUMAM) yaradılması barədə razılığa gəliblər. Daha sonra bir il ərzində Ukrayna silahlı qüvvələrinin 15 min əsgərinin Aİ ölkələrində təliminin təşkili planlaşdırılırdı ki, onlardan ən azı 5 mini Almaniyada təlim keçməli idi. Avropa komissiyası nümayəndəsinin sözlərinə görə, bu məqsədə iyunun sonuna kimi nail olunacaq, ona görə də təlim proqramını daha 15 min nəfərlə genişləndirmək qərara alınıb. Onun sözlərinə görə, onların arasında Leopard 2 tanklarının istifadəsi üzrə təlim keçəcək hərbçilər də ola bilər. Almaniya və bir sıra digər dövlətlər, ilk növbədə bu tankları Ukraynaya çatdırmaq niyyətindədir.

Sammit ərəfəsində fevralın 2-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və onun tabeliyində olan şəxslər Kiyevdə Ukrayna hökumətinin üzvləri ilə görüşəcək. Digər məsələlərlə yanaşı, onlar Kiyevin Avropa İttifaqına sürətlə daxil olmaq istəyini, eləcə də Rusiya rəhbərliyinin Ukraynaya qarşı hərbi təcavüzə görə məsuliyyət daşımasının hüquqi imkanlarını müzakirə edəcəklər.

Rüfət, Oxuməni.az