Papa iqtisadi müstəmləkəçiliyi pisləyib

Papa iqtisadi müstəmləkəçiliyi pisləyib

2 Fevral 2023 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

Roma Papası Fransisk, Konqo Demokratik Respublikasına səfər edib. Pontifikin təxminən 40 ildə bu ölkəyə ilk səfəridir.

Oxuməni.az xəbər verir ki, bundan əvvəlki səfər, 1985-ci ildə II İohann Pavel tərəfindən olmuşdur. Respublikanın 100 milyon əhalisinin 40%-i katolikliyə etiqad edir.Səfər keçən ilin yayına planlaşdırılsa da, Papanın səhhəti ilə əlaqədar təxirə salınmışdı.

Papa konqoluları öz ləyaqətlərini unutmamağa çağırıb və Afrikadakı "iqtisadi müstəmləkəçiliyi" pisləyib.

Həftənin sonunda Fransisk, planetin ən kasıb ölkələrindən biri olan Cənubi Sudana səfər edəcək.

Rüfət, Oxuməni.az