Bayden Polşada Zelenski ilə görüşə bilər

Bayden Polşada Zelenski ilə görüşə bilər

1 Fevral 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bayden Polşada Zelenski ilə görüşə bilər. İddiaya görə, görüşdən məqsəd Ukrayna lideri ilə sülh planını müzakirə etmək və Rusiya hərbi cinayətkarları üçün xüsusi bir tribunal yaratmaq niyyətidir.

Oxuməni.az xəbər verir ki. bu barədə Polşanın Dziennik Gazeta pravna nəşri yazıb.

Nəşr bildirir ki, ABŞ prezidenti Co Baydenin Polşada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə əsas müzakirə hədəfi sülh planı və rus faşistlərini mühakimə etmək üçün yeni Nürnberq tribunalının yaradılması olacaq.

Polşanın Dziennik Gazeta pravna Kiyevdəki diplomatik mənbəyə istinadən xəbər verir ki, Ukrayna tərəfi artıq nəzərdə tutulan danışıqlar proqramını hazırlayır.

Nəşrin məlumatına görə, Zelenski Baydenə 10 maddəlik sülh planını, o cümlədən Rusiya işğalçılarının törətdikləri hərbi cinayətləri araşdırmaq üçün xüsusi bir tribunalın yaradılmasını təqdim etməyi planlaşdırır. Paralel olaraq, Ukrayna üçün silahlarla bağlı danışıqlar aparılacaq, xüsusən də ABŞ-ın icazəsi ilə təyyarələrin Polşadan köçürülməsi ehtimalı müzakirə ediləcək.

Əziz Mustafa, Oxuməni.az