Daha iki Avropa deputatı korrupsiya qalmaqalında iştirak edib

Daha iki Avropa deputatı korrupsiya qalmaqalında iştirak edib

1 Fevral 2023 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentində korrupsiya qalmaqalında daha iki deputatın adı hallanıb. Ədliyyə Komitəsi, sosial demokratlar partiyasından olan, Belçikadan Mark Tarabella və İtaliyadan Andrea Kozzolinoya qarşı cinayət işinin açılmasına yekdilliklə səs verib.

Oxuməni.az xəbər verir ki, bu məsələ Avropa Parlamentinin fevralın 2-də keçiriləcək plenar iclasında öz həllini tapacaq. Bundan əvvəl Belçika ədliyyə orqanları hər iki parlamentarinin deputat toxunulmazlığından məhrum edilməsi üçün petisiya ilə müraciət etmişdi. Tarabella Qətərdən maliyyə yardımı almaqda şübhəli bilinir və Kozzolino da Mərakeşin maliyyə təsiri altında olduğu iddia edilir. Hər iki şübhəli ittihamları rədd edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dekabr ayında əməliyyat-axtarış tədbirləri zamanı Mark Tarabellanın şəxsi evlərində axtarış aparıblar. Avropa Parlamentində korrupsiya qalmaqalının əsas fiqurlarından biri olan Françesko Giorgi son vaxtlara qədər Andrea Kozzolino üçün işləyib.

Georgi digər üç müttəhimlə birlikdə hazırda istintaq təcridxanasındadır. Müttəhimlər arasında Avropa Parlamentinin sədr müavini vəzifəsindən uzaqlaşdırılan onun həyat yoldaşı Eva Kayli də var. Belçika ədliyyə orqanları onları korrupsiyada, cinayətkar qruplaşmaya üzv olmaqda və çirkli pulların yuyulmasında ittiham edir. Qalmaqalın araşdırılması zamanı hakimiyyət orqanları artıq 1,5 milyon avronu müsadirə ediblər.

Rüfət, Oxuməni.az