Almaniya kansleri Olaf Şoltz Braziliyada Lula da Silva ilə görüşdü

Almaniya kansleri Olaf Şoltz Braziliyada Lula da Silva ilə görüşdü

31 Yanvar 2023 21:36
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya ölkədə ətraf mühitin mühafizəsi layihələri üçün Almaniyanın 200 milyon dollardan çox vəsait ayrılması vədini alqışlayır.

Oxuməni.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltzla görüşən Braziliyanın yeni prezident Luiz İnasio Lula da Silva deyib.

Öhdəliyə tropik meşələri qorumaq üçün Braziliya ştatlarına 33,6 milyon dollar yardım daxildir. Bu proqram iqlim dəyişikliyi ilə mübarizə ehtiyacını inkar edən Braziliyanın əvvəlki prezidenti Jair Bolsonaronun hakimiyyəti dövründə dayandırılmışdı. Lula vəzifəyə gəldikdən sonra Amazondakı Yanomami xalqı arasında humanitar böhranla üzləşməli oldu. Təqdim olunan vəsaitin bir hissəsi bu problemin həllinə sərf olunacaq.

"Biz qeyri-qanuni mədənlərin istismarına son qoymaq üçün bütün tədbirləri görəcəyik" - deyə Lulu Şoltz ilə görüşdə bildirib. “Biz mədənçiləri oradan çıxaracağıq və Yanomami xalqının qayğısına qalacağıq, onlara hörmətlə yanaşmaq lazımdır. Ötən şənbə onların dəhşətli vəziyyəti ilə bağlı bəzi sənədlərlə tanış olduqdan sonra bu barədə susmaq mümkün deyil".

Braziliyaya getməzdən əvvəl Şoltz Çili və Argentinaya baş çəkib. Burada o, Rusiyanın Ukraynaya təcavüzündən sonra, alman biznesi üçün xaricdə yeni imkanlar axtarır. Hər üç Latın Amerikası ölkəsi BMT-də Moskvanı tənqid edib, lakin sanksiyalar tətbiq etməyib, Braziliya isə Kiyevə silah göndərməkdən imtina edib.

Rüfət, Oxuməni.az