Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro turist vizası üçün müraciət edib

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro turist vizası üçün müraciət edib

31 Yanvar 2023 19:12
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro altı aylıq ABŞ turist vizası üçün müraciət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə onun vəkili BBC-yə bildirib.

Bolsonaro dekabrın 30-dan ABŞ-dadır. O, əvvəlcə Floridaya diplomatlar və dövlət başçıları üçün 30 günlük A-1 vizası ilə gəlib.

İndi Bolsonaro, immiqrasiya rəsmiləri onun ərizəsinə baxarkən, ABŞ-da qalmağı planlaşdırır.

Bolsonaronun vəkilinin sözlərinə görə, eks-prezident “ömrünün 34 ilini dövlət qulluğuna həsr edib və o, bir az dincəlmək istəyir”.

AG Immigration hüquq firmasının sözçüsü bildirib ki, "Keçmiş prezident növbəti addımının nə olacağına qərar verməzdən əvvəl bir neçə ay turist kimi ABŞ-da qalmaq istəyir".

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Bolsonaronun B1/B2 turist vizası üçün müraciətini ötən cümə günü qəbul edib.

Bolsonaro seçkilərdəki məğlubiyyətindən sonra ABŞ-a gedib və yanvarın 1-də Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak etməyib.

Yanvarın 8-də sabiq prezidentin minlərlə tərəfdarı federal qurumlara hücum edib, onlar prezident sarayını , Konqresi və Braziliya Ali Məhkəməsini ələ keçiriblər .

Bolsonaronun özü baş verənlərdən təəssüfləndiyini və iğtişaşlarla heç bir əlaqəsinin olmadığını bildirib.

Yanvarın 10-da Bolsonaronun Floridada xəstəxanaya yerləşdirildiyi məlum olub. Səbəb yenə 2018-ci ildə bıçaqlı hücum nəticəsində aldığı yara olub.

Ertəsi gün eks-prezidentin əməliyyat olunmaq üçün Braziliyaya qayıda biləcəyi xəbəri yayılıb.

Floridada Bolsonaro braziliyalı qarışıq döyüş ustası Jose Aldonun evində qonaq qalır.

Fuad, Oxuməni.az