Alman politoloq: Qərb Azərbaycanın mövqeyini dəstəkləyəcək

Alman politoloq: Qərb Azərbaycanın mövqeyini dəstəkləyəcək

31 Yanvar 2023 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Bakıya real təzyiq göstərə bilməz və bölgədə Avropanın təsiri kifayət qədər azdır.

Oxuməni.az xəbər verir ki, bunu alman politoloq Aleksandr Rar Ermənistan KİV-lərinə müsahibəsində deyib.

Rarın fikrincə, 2020-ci ilə qədər Ermənistanın Qərbdə böyük dəstəyi var idi. Burada beynəlxalq hüquqda əslində nəyin hökm sürdüyü-dövlətin suveren ərazisinin toxunulmazlığı və ya xalqların öz müqəddəratını təyinetmə prinsipi barədə çox mübahisə edirdilər.

"Böyük mübahisələr oldu, amma Kosovo müstəqillik qazandı və bu, Qarabağda Milli azlığını Azərbaycandan qoruduğunu söyləyən Ermənistanın əlinə keçdi, buna görə dünya birliyinin bir hissəsi Ermənistanın tərəfində idi. Ukraynada müharibə başlayandan və bundan əvvəl başlayan münaqişələrdən sonra vəziyyət dəyişdi. Bütün Qərb qətiyyətlə milli azlıqların öz müqəddəratını təyinetmə məsələsinin arxa plana keçdiyi mövqeyini tutdu. Çünki beynəlxalq hüquq Qərbdə başqa cür şərh olunmağa başladı. Ona görə də Qərb Azərbaycanın mövqeyini dəstəkləyəcək", – deyə politoloq vurğulayıb.

Rar hesab edir ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması "hazırda Avropa İttifaqı üçün böyük vəzifədir". O qeyd edib ki, hazırda bütün Qərb resursları Ukraynaya buraxılıb. Bu vəziyyətdə Cənubi Qafqaz AB üçün ikinci dərəcəli bir istiqamətdir, Alman politoloq qeyd etdi. "Avropa Birliyinin simvolik bir missiya yaratmaq istəyindən başqa Cənubi Qafqaza siyasi iradəsi, gücü və marağı yoxdur, bu da pis deyil" dedi.

Rar əlavə edib ki, region son dərəcə partlayıcıdır və Avropa Cənubi Qafqazda yeni müharibədə maraqlı deyil.

Əziz Mustafa, Oxuməni.az