Haaqadakı məhkəmə Putinə qarşı iş aça bilməz

Haaqadakı məhkəmə Putinə qarşı iş aça bilməz

31 Yanvar 2023 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Ukraynaya hücum etdiyinə görə Vladimir Putinə və digər Rusiya rəhbərlərinə qarşı iş aça bilməz.

Oxuməni.az xəbər verir ki, bu barədə Vaşinqton Post-un məqaləsində deyilir.

"Nə Ukrayna, Nə də Rusiya Roma Nizamnaməsini ratifikasiya etmədiyi üçün ICC təcavüz cinayətini mühakimə edə bilməz. O, həmçinin Putin kimi dövlət başçılarını mühakimə edə və ya onun ali nazirləri üzərində qiyabi Məhkəmələr apara bilməz", - deyə məqalədə qeyd olunur.

Eyni zamanda, xarici insan hüquqları təşkilatları tərəfindən toplanan sübutların əksəriyyəti arzuedilən səviyyədə tutarlı olmur. Buna paralel olaraq Ukrayna onları qəbul etmir. Çünki yerli qanunvericilik Ukrayna müstəntiqləri tərəfindən toplanmayan dəlillərə istinadı qadağan edir.

Bu səbəbdən Ukrayna Ruanda və keçmiş Yuqoslaviyada qurulan nümunə əsasında xüsusi bir Tribunal yaratmaq üçün kampaniya aparır. Ukrayna Baş Prokurorluğu deyir ki, artıq müharibəyə səs verən Rusiya nazirləri, generallar və Dövlət Dumasının üzvləri də daxil olmaqla 627 şübhəli var.

Ancaq xüsusi məhkəmə ya Rusiyanın veto hüququna sahib olduğu BMT Təhlükəsizlik Şurası, ya da Ukraynanın səs çoxluğunu ala biləcəyi bəlli olmayan Baş Məclis tərəfindən təsdiqlənməlidir.

Əziz Mustafa, Oxuməni.az